“Səbail”in baş məşqçisi Mahmud Qurbanov bir müddət öncə cəzalandıraraq əvəzedici heyətə göndərdiyi iki futbolçudan biri – Luvaqa Kizitonu bağışlayıb.
İdmanxeber.az-a daxil olan məlaumata görə, dünən komandayla birgə məşqə qoşulan uqandalı vingerdən fərqli olaraq digər cəzalı durumda olan Fakundo Kardozo isə “dubl”da qalıb.
Paytaxt klubunun məşqçilər heyəti hələ ki, argentinalı müdafiəçini əsas heyətə qaytarmaqda maraqlı deyil.

