Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” “Leyptsiq”i darmadağın edib (7:0).
İdmanxeber.az-ın məlumatına görə, görüşün ardıından “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola qarşılaşma barədə fikirlərini bildirib. O, 5 qol vuran Erlinq Halandın performansına toxunub:
“Bu, ilk dəqiqədən sona qədər hər bir oyunçunun yaxşı çıxış etməsi idi. Biz topla və topsuz əla oynadıq. Erlinq mükəmməl idi, amma hamı müstəsna oyun nümayiş etdirdi. 60 dəqiqədə beş qol vurdu. Fantastik futbolçudur, böyük istedaddır. O, anadangəlmə qalibdir və çox bacarıqlıdır.
Əvvəlki illərdə də çox qollar vururduq. Ancaq hesabı qoruya bilmirdik. Tələskən oynayırdıq. İndi oyunçular bağlanmağı da bacarırlar”.