“Super Liqanın lideri ilə oyuna demək olar ki, hazırıq. Bütün fikrimiz həmin görüşdədir”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Konyaspor”un futbolçusu Mahir Emreli Türkiyə mətbuatına açıqlaması zamanı deyib. O, daha sonra belə davam edib:
“Qalatasaray” bu mövsüm çox yaxşı çıxış edir. Ard-arda qalibiyyətləri var. Onların qələbə seriyasına son qoya bilərik”.
“Konyaspor” – “Qalatasaray” matçı martın 17-də Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

