“Napoli”nin hücumçusu Viktor Osimhen Avropanın dörd klubunun maraq dairəsindədir.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı forvard çıxışı ilə diqqətləri üzərinə çəkməyi bacarıb. “Mançester Siti”, “Çelsi”, PSJ və “Mançester Yunayted” kimi klublarlar onu heyətinə qatmaq niyyətindədir.
Bu klublar artıq Osimhenlə danışıqlara başlayıb. “Napoli” futbolçunu 100 milyon avrodan aşağı satmaq fikirində deyil.
O, cari mövsüm 27 oyunda 21 qol vurub.

