22 İyul 2026
Dünya futbolu

“Sevilya” oyunu öncəsi “Fənərbağça”da ciddi itki

“Fənərbağça” “Sevilya”ya qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununa ciddi itki ilə çıxacaq.

İdmanxeber.az klub saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Enrike Linkoln sabahkı matçda komandasına kömək edə bilməyəcək. İspaniyadakı görüşdə zədələnən futbolçunun durumu ciddidir.

Dizində yırtıq olduğu aşkarlanan oyunçunun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

“Fənərbağça” – “Sevilya” matçı sabah saat 21:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43