22 İyul 2026
Dünya futbolu

Ançelottinin yerinə Tuxel gələ bilər

Tomas Tuxel “Real”a baş məşqçi təyin edilə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubunun rəhbərliyi Karlo Ançelottinin performansından narazıdır. İtaliyalı mütəxəssisin ardından komandanın başına Tuxel keçə bilər.

“Bild” nəşri yazır ki, almanıyalı çalışdırıcı artıq ispan dilini öyrənməyə başlayıb. O, “Real”dakı vəziyyəti diqqətlə izləyir. Mənbə iddia edir ki, Tuxel “Çelsi”dən ayrılandan sonra ona bir neçə klubdan təklif olsa da, heç birini qəbul etməyib.

O, 2022-ci ildə London klubu ilə yollarını ayırıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43