“Qarabağ-2″nin futbolçusu Şirxan Həsənzadənin məşq zamanı urəyi dayanıb.
Klubun mətbuat xidmətinin rəhbəri Gundüz Abbaszadə İdmanxeber.az-a məsələylə bağlı danışıb.
Klub rəsmisi saytımıza açıqlamasında riskin hələ də davam etdiyini bildirib:
“Çox təəssüf hissi ilə bildirirəm ki, belə bir hadisə yaşanıb. “Qarabağ-2″nin futbolçusu Şirxan Həsənzada isinmə hərəkətləri zamanı səhhətində narahatlıq hiss edib və komandanın həkimlərinin, məşqçilərinin səyi nəticəsində futbolçu yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin müdaxiləsindən sonra vəziyyət nisbətən stabilləşib. Hazırda risk davam edir. Şirxan komandanın ən sağlam futbolçularından hesab olunur.
Biz komanda olaraq ildə iki dəfə futbolçuları tibbi baxışdan keçiririk. Həsənzadə də bu baxışdan uğurla keçib. Futbolçumuz həm də U-21 millimizə dəvət alır. Oyunçular hər dəvət zamanı millinin heyətində də tibbi müayinədən keçir və orda da hər hansı bir problem aşkarlanmayıb. Çox təəssüflər olsun ki, belə bir hadisə yaşanıb. Hazırda da həkimlər əllərindən gələni əsirgəmirlər. Futbolçumuzun vəziyyəti nisbətən stabildi”.