Azərbaycan Basketbol Liqasında XXVII tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, bağlanış oyununda “Olimpik Şəki” doğma azarkeşlər önündə pley-offa vəsiqə qazanmış “AAAF Xırdalan” basketbolçularını qəbul edib.
Matçın ilk dövrəsindən üstünlüyü ələ keçirən qonaqlar 113:79 hesablı asan qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Larri Robinson (19 xal, 8 ribaund), “AAAF Xırdalandan isə Deymon Makdouel (23 xal, 4 ribaund) olublar.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında sonuncu – XXVIII turun nəticələrindən asılı olmayaraq, pley-off mərhələsində “AAAF Xırdalan” müntəzəm mövsümü lider tamamlamış “Sabah”la, paytaxt klubu “NTD” isə region təmsilçisi “Gəncə” ilə qarşılaşacaq.