Türkiyə superliqasında 30-cu turun oyunları keçirilir.
İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” bu gün səfərdə “Kasımpaşa” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Emreli görüşə ehtiyatda başlayıb. O, 39-cu dəqiqədə meydada daxil olub.
29 oyundan 42 xalı olan “Konyaspor” 8-ci, 33 xala malik “Kasımpaşa” 12-ci yeri tutur.