PSJ-nin baş məşqçisi Kritos Qaltye Lionel Messinin gələcəyi barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, fransalı mütəxəssis argentinalını yenidən komandada görmək istədiyini bildirib:
“Messi heyətin əsas oyunçularından biridi. Onunla çalışmaqdan məmnunam. Ümid edirəm ki, ən qısa vaxtda bizimlə bərabər olacaq”.
Xatırladaq ki, Leo klubdan icazəsiz Səudiyyə Ərəbistanına getdiyi üçün iki oyunluq heyətdən kənarlaşdırılıb.