Bu gün “Qarabağ” FK və “Sirab” ASC birlikdə Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağının qonağı olublar.
İdmanxeber.az klubun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər məsul əməkdaşlar, futbolçular – Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Adama Diakabi və Kevin Medina uşaqlarla görüşüblər.