PSJ baş məşqçi axtarışlarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik bu posta “Roma”nın baş məşqçisi Joze Mourinyonu düşünür. Luis Kampos fevral ayından portuqaliyalı çalışdıcı ilə danışıq aparır.
Əgər Paris klubu Mourinyo ilə razılaşa bilməsə, rəhbərliyin B planı hazırdır. Belə ki, klubun meneceri Kampos bu halda Zinəddin Zidanla görüşüləcək.
Fransalı çalışdırıcı hazırda işsizdir. Onun bir neçə ərəb klublarından təklif aldığı bildirilsə də, Zidan bundan imtina edib.