22 İyul 2026
Ölkə futbolu

“Zirə”dən növbəti transfer

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Fuad Bayramovla müqavilə bağlayıb. Müdafiəçi sonradan transfer edilmək hüququ ilə növbəti mövsümün sonunadək “Şamaxı”dan icarəyə götürülüb.

Qeyd edək ki, “Zirə” bunadək Məqsəd İsayev, İsmayıl İbrahimli, Ruan Renatonu transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43