23 İyun 2026
Dünya futbolu

Renat oynadı, komandası heç-heçə etdi

İsveçrə çempionatında 2-ci turun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun da formasını geyindiyi “Qrasshopper” səfərdə “Lozanna” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. 

Renat da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.

“Qrasshopper” hazırda 1 xalla 12 iştirakçı arasında 9-cudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43