23 İyun 2026
Dünya futbolu

“Barselona”da Dembelenin yerinə iki namizəd

Osman Dembele ayrılsa, “Barselona”nın transferdə ilk hədəfi Joao Kanselo olacaq.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu “Valyadolid”dən İvan Fresneda ilə də maraqlanır. Kanselo bu ilin yanvarından icarə əsasında “Bavariya”da çıxış edib.

O, Almaniya klubunda 21 oyuna 1 qol vurub və 6 məshuldar ötürmə edib.

Fresneda isə ötən mövsüm “Valyadolid”də 24 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43