UEFA Avropa Liqasında qrup mərhələsinin daha 3 iştirakçısı məlum olub.
İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının pley-off matçlarında uğursuz nəticələr qazanan AEK (Yunanıstan), “Reyncers” (Şotlandiya) və “Rakuv” (Polşa) klubları yoluna Avropa Liqasında davam edəcək.
Əgər bu gün təmsilçimiz “Qarabağ” Sloveniyanın “Olimpiya” klubu ilə keçirəcəyi AL-in pley-off cavab matçında da sərfəli nəticə qazansa, o zaman yuxarıdakı komandalardan hər hansı biri turnirin qrup mərhələsində “köhlən atlar”ın rəqibi ola bilər.
“Rakuv”un səbəti artıq məlumdu. Polşalılar sonuncu səbətdə yer alacaq ki, 2 və ya 3-cü səbətdə qərarlaşacaq Qurban Qurbanovun yetirmələrinin yenidən “Rakuv”la üz-üzə gəlmək ehtimalı var.
AL-ın qrup mərhələsinin püşkü sabah Monakoda atılacaq.