“Barselona” “Mançester Siti”nin futbolçusu Kanselunu birdəfəlik transfer etməkdən vaz keçib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə jurnalist Fabrisio Romano sosial şəbəkə hesabından paylaşım edib. O bildirib ki, rəhbərik hazırda maliyyə feyr-pley qaydalarına əməl etməyə çalışır. Bu səbəbdən portuqaliyalı yalnız icarəyə götürülə bilər.
Xatırladaq ki, oyunçu ötən mövsümü icarə əsasında “Bavariya”da keçirib. Kanselonun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.