Misli Premyer Liqasının V turu çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” matçında Elmar Baxşıyev qırmızı vərəqə alıb.
İdmanxeber.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, buna səbəb təcrübəli çalışdırıcının hakimə sərt etiraz etməsi olub. Baş hakim Cavid Cəlilov ona ard-arda iki “sarı” göstərərək Baxşıyevi texniki zonadan qovub.
Xatırladaq ki, ikinci hissəsi davam edən matçda “Qəbələ” 1:0 öndədir.


