“Xəzər Lənkəran” barədə xəbərləri mən də oxuyuram. Təki gerçək olsun. Çünki “Xəzər Lənkəran”ın qayıtması rəqabətin bərpa olması deməkdir. Premyer Liqaya rəng gəlməsi hamənın arzusudur”.
Bu sözləri İdmanxeber.az saytına “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Elbrus Məmmədov klubun yenidən bərpa olunacağı iddiaları barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Yenidən “Xəzər Lənkəran”da çalışmaq çox xoş olar. Təklif gəlsə, sevə-sevə qəbul edərəm. O klub mənim üçün yad bir yer deyil. Ömrümün 13 ili həm məşqçi, həm də futbolçu kimi o bölgədə keçib.
Hələlik stadionunun təmirə bağlanacağı bildirilir. Klubun qayıdıb-qayıtmayacağı dəqiq deyil. Amma bu xəbəri eşitmək belə, olduqca sevindiricidir. Düşünün ki, Cənub bölgəsinə böyük futbolu qayıdır. Belə bir həyəcan Şimal bölgəsində də olsa, ölkə futbolunun səviyyəsi xeyli artar. Rəqabət olar, inkişaf görərik”.

