İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, çempion “Napoli”dən ayrılan Pyotr Zelinskini rənglərinə bağlayıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi ilə bağlanan yeni müqavilə 3 illik nəzərdə tutulub.