27 Dekabr 2024
Ölkə futbolu

AFFA-dan bölgə klublarına pul cəzası

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, iclasda II Liqanın X turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

26 noyabr 2024-cü il tarixində II Liqada X turun “Füzuli” – “Saatlı-Araz” oyununda “Saatlı-Araz” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Saatlı-Araz” komandası 70 manat cərimə edilir (maddə 37);

26 noyabr 2024-cü il tarixində II Liqada X turun “Lerik” – “Kür-Araz” oyununda “Lerik” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” komandası 70 manat cərimə edilir (maddə 37);

27 noyabr 2024-cü il tarixində II Liqada X turun “Ağdaş” – “Şahdağ Qusar” oyununda “Ağdaş” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Ağdaş” komandası 150 manat cərimə edilir (maddə 52.2);

27 noyabr 2024-cü il tarixində II Liqada X turun “Göygöl” – “Şəfa” oyununun 83-cü dəqiqəsində “Göygöl” komandasının 32 nömrəli futbolçusu Elşən Mirzəyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Göygöl” komandasl 200 manat cərimə edilir (maddə 43.1);

27 noyabr 2024-cü il tarixində II Liqada X turun “Göygöl” – “Şəfa” oyunu Təcili Tibii Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığı üçün “Göygöl” komandası 100 manat cərimə edilir (maddə 72.4).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43