“Real” “Arsenal”ın müdafiəçisi Uilyam Salibanı heyətinə qatmaq niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu transferi yayda bitirmək istəyir. Yerli mətbuat yazır ki, əgər oyunçunun keçidi baş tutsa, 23 yaşlı oyunçu futbol tarixinin ən bahalı müdafiəçisi olacaq.
Salibanın klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. “Transfermarkt” portalı futbolçunun dəyərini 80 milyon avro qiymətləndirir.
Bu mövsüm Saliba bütün yarışlarda 33 oyuna çıxıb və 2 qol vurub.