07 Fevral 2025
Ölkə futbolu

Emin Əmrullayev: “Limitin ləğvi liqanın inkişafına səbəb olar”

“Neftçi” ilə “Palms Sports” arasında imzalanan sponsorluq tədbirində iştirak edən Emin Əmrullayev növbəti mövsümdən legioner limitinin ləğv edilməsinə münasibət bildirib.

İdmanxeber.az xəbər verir ki, paytaxt klubunun Müşahidə Şurasının üzvü limitin ləğvinin çempionatın inkişafına səbəb olacağını deyib:

“Proqnoz vermək çətindir. Nəzəriyyə onu deyir ki, limitin ləğvi liqanın inkişafına səbəb olur. Legioner limitinin olması yerlilərin oynamasına şərait yaradır. Mənfi tərəfi odur ki, yerli oyunçular klublarda inkişaf etdikcə, müəyyən mənada rahat mühitlə üz-üzə qalırlar. Bu da inkişafın əksinədir. AFFA-nın qərarı da mürəkkəb formula üzərindədir. Müəyyən məhdudiyyətlər də var. Hər bir halda, Azərbaycan futbolu üçün ilkin mərhələdə dəyişiklik olduğu üçün müsbət qərar kimi görürəm. Amma tətbiq edildikdən sonra fikir söyləmək, hansısa korreksiyaya imkan olacaq. Basketbolda da legionerlərin sayını artırdıq. Sonda oyunun keyfiyyətidir.. Milli komanda öz yerindədir. Sual versəz ki, milliyə necə təsir edəcək, bu başqa. Amma klub futbolundan, beynəlxalq rəqabətlilikdən danışırıqsa, müsbət qərardır. Biz də prioritetlər müəyyən etməliyik. Həm güclü milli, həm güclü klub olsun, yaxşı səslənir. Biz də istəyirik. Bunu etmək asan deyil. Müəyyən etməliyik ki, klublar güclü olsun. Amma milliyə necə təsir edəcək? Bəlkə də millinin üzvləri daha rəqabətli klublarda oynayacaq. Diskamfort həmişə yaxşıdır. Öz təcrübəmdən deyirəm. Şərti olaraq bunu müsbət qərar kimi düşünürəm. Nəticələrini görüb, hamı şərh edə bilər”. (sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43