“Real” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi “Bornmut”un müdafiəçisi Din Huysenin transferi üçün razılığa gəldiyini açıqlayıb. 20 yaşlı futbolçu ilə müqavilə 30 iyun 2030-cu ilə qədərdir. Huysen 2025-ci il iyunun 1-də rəsmi olaraq “kral klubu”nun oyunçusu olacaq.
Bu mövsüm Hoysen “Bornmut”un heyətində bütün turnirlərdə 34 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

