Misli Premyer Liqasının 36-cı turunda “Araz Naxçıvan” “Zirə”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, görüşə iki klub da itkilərlə çıxacaq. Nuno Rodriqes cəza səbəbindən matçı buraxacaq. O, ötən tur “Şamaxı” ilə oyunda aldığı sarı vərəqəyə görə cəzalı duruma düşüb.
Bundan başqa, baş məşqçi Elmar Baxşıyev zədəli oyunçular Mustafa Əhmədzadə, Əyyub Allaş və Ramin Nəsirlinin xidmətindən yararlana bilməyəcək.
Rəşad Sadıqovun komandası da görüşə tam heyətlə hazırlaşa bilmir. Zədəli futbolçular – Hacıağa Hacılı, Yusuf Laval və Eldar Quliyev oyunu buraxacaqlar. Ölkəsinə yollanan Tiaqo Silva da bu matçda forma geyinə bilməyəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Zirə” qarşılaşması 25 mayda keçiriləcək. Premyer Liqanın son oyunu saat 19:30-da başlayacaq.

