05 İyun 2026
Ölkə futbolu

“Zirə” iki futbolçusu ilə yollarını ayırdı – RƏSMİ

“Zirə”də 2 ayrılıq gerçəkləşib.

İdmanxeber.az xəbər verir ki, qəsəbə təmsilçisi Məqsəd İsayev və Pyer Zebli ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçularla klub arasında imzalanmış müqavilə başa çatıb.

“Zirə” hər iki oyunçuya kluba göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43