21 İyul 2026
Ölkə futbolu

“Sabah” Pokatilovla müqavilə imzaladı

“Sabah” qapıçısı Stas Pokatilovla yeni müqavilə imzalayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan millisinin üzvü ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti daha bir il uzadılıb.

Stas 2025-ci ilin yanvar ayından “Sabah”da oynayır. O, son mövsümdə paytaxt təmsilçisinin heyətində ümumilikdə 19 matç keçirib.

Xatırladaq ki, “Sabah” bunadək Rəhman Daşdəmirovla müqaviləni uzadıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43