Premyer Liqaya vəsiqə qazanan “Karvan” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, Yevlax təmsilçisi heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır. Rəhbərlik bir müddətdir Elvin Yunuszadə ilə danışıq aparır.
Artıq tərəflər arasında razılıq əldə olunub. Millimizin sabiq üzvü böyük ehtimalla növbəti mövsüm “Karvan”da çıxış edəcək.
Təcrübəli müdafiəçi ötən mövsümü “Qəbələ”də keçirib. Onunla başa çatan müqavilə yenilənməyib.

