“Şaxtyor”un baş məşqçisi Arda Turan Konfrans Liqasında qarşılaşdığı “Aberdeen” görüşünün ardından dünyada baş verən müharibələrlə bağlı çıxış edib.
İdmanxeber.az-ın məlumatına görə, tanınmış mütəxəssis bildirib ki, hazırda bütün dünyada müharibələr gedir, insanlar və uşaqlar aclıqdan həyatını itirir:
“Dünyadakı müharibələri dayandıra biləcək liderlərə çağırış etmək istəyirəm. İnsanların və uşaqların ölümlərini dayandırmaq üçün real addımlar atmalı və təşəbbüs göstərməlidirlər. Bu müharibələri dayandırmalıyıq.
Xatırladaq ki, görüş Ukrayna klubunun qələbəsi ilə başa çatıb – 3:1.

