23 İyun 2026
Dünya futbolu

Kenan Yıldız maaşının artırılmasını istəyir

“Yuventus”un gənc hücumçusu Kenan Yıldız maaşının artırılmasını istəyib.

İdmanxeber.az xəbər verir ki, hazırda illik 1,5 milyon avro qazanan türkiyəli futbolçu yeni müqavilə üçün 6 milyon avro tələb edib.

Turin klubu isə Kənana 5 milyon avroluq illik maaş təklifi irəli sürüb. Hələlik tərəflər razılaşa bilməyib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43