23 İyun 2026
Dünya futbolu

“Atletiko”nun hücumçusu Çempionlar Liqasında yeni rekorda imza atdı

“Atletiko”nun hücumçusu Xulian Alvares  Çempionlar Liqasında yeni rekorda imza atıb.

İdmanxeber.az xəbər verir ki, argentinalı forvard turnirdəki ilk 30 oyununda 17 qol vuraraq, Lionel Messiyə məxsus rekordu qırıb. Messi bu göstəriciyə “Barselona” və PSJ-də çıxış etdiyi dövrdə — 30 oyunda 16 qolla — sahib olmuşdu.

Siyahıda üçüncü yerdə 14 qolla Serxio Aquero, dördüncü pillədə isə 13 qolla Ernan Krespo və Lisandro Lopes qərarlaşıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43