AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodları şərh edib.
İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA öz Yutub hesabında video yayımlayıb.
O, “Şamaxı” – “İmişli” (1:0), “Sumqayıt” – “Qəbələ”(2:0), “Araz-Naxçıvan” – “Karvan-Yevlax” (2:1), “Sabah” – “Kəpəz” (3:1), “Zirə” – “Turan Tovuz” (0:0) və “Qarabağ” – “Neftçi” (2:0) matçlarında qeydə alınan ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.
Frank De Blekerin epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

