“Monako”nun yarımmüdafiəçisi Pol Poqba uzun fasilədən sonra yaşıl meydanlara qayıtmağa hazırdır.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı futbolçu artıq qarşıdakı “Renn”lə oyunda debüt edə bilər. Baş məşqçi Sebastyan Pokonolinin ehtiyatlı açıqlamalarına baxmayaraq, Poqbanın iki illik fasilədən sonra meydana çıxmağa tam hazır olduğu bildirilir.
Yayda “Monako”ya qoşulan fransalı ulduz hələ də komanda ilə rəsmi oyuna çıxmayıb. “Renn” – “Monako” görüşü 22 noyabrda keçiriləcək.
“Monako” hazırda Liqa 1-də 6-cı yerdə qərarlaşıb.

