Misli Premyer Liqasının XIII turunda qeydə alınan azarkeş sayı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, turun ən çox tamaşaçısı Tovuzda müşahidə edilib. “Turan Tovuz” – “Neftçi” görüşünü tribunalardan 4500 azarkeş izləyib.
Turun maraq göstərilməyən qarşılaşması isə Qubada baş tutub. “İmişli” – “Sabah” matçında cəmi 350 nəfər azarkeş qeydə alınıb.
Digər oyunlardakı tamaşaçı sayı belədir:
“Kəpəz” – “Zirə” – 1000
“Qarabağ” – “Karvan-Yevlax” – 900
“Şamaxı” – “Sumqayıt” – 800
“Qəbələ” – “Araz Naxçıvan” – 700

