Misli Premyer Liqasının XIV turunda “Sabah” doğmameydanda “Neftçi”ni qəbul edir.
İdmanxeber.az-ın məlumatına görə, ev sahibi görüşə itkilərlə çıxacaq. “Sabah”ın heyətində Pavol Şafranko, Zineddin Uld Xaled, Neqoş Kupusoviç zədə səbəbindən meydana çıxa bilməyəcək.
Boyan Letiçlə Cesse Sekidikanın isə matçda forma geyinib-geyinməyəcəyi bəlli deyil.
“Neftçi”də isə üzlər gülür. “Ağ-qaralar”da “Sabah” oyunu öncəsi cəzalı və ya zədəli oyunçu yoxdur.
Xatırladaq ki, görüş saat 20:00-da start götürəcək.

