23 İyul 2026
Ölkə futbolu

Emrah Çelikel “Zəfər” mükafatına layiq görüldü

“Sportsman” jurnalının “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib. Ötən ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.

“Qarabağ”ın baş direktoru Emrah Çelikel də mükafatlandırılıb. Ona Azərbaycan futbolunun inkişafındakı xidmətlərə görə “Zəfər” mükafatı təqdim edilib.

2004-cü ildən “Qarabağ”da çalışan Çelikel bu müddətdə 11 dəfə Azərbaycan çempionu (2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24, 2024/25), 7 dəfə ölkə kubokunun (2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22 və 2023/24) qazanılmasında pay sahibi olub. Bu illər ərzində komanda ardıcıl 12 dəfə avrokubokların, o cümlədən iki dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib, bir dəfə Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43