“Roma” klubu yeni transferini rəsmiləşdirib.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi fransalı hücumçu Robinyo Vazı heyətinə qatıb. 18 yaşlı futbolçu “Marsel”dən transfer olunub və onunla 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Gənc forvard Liqa 1-də 22 oyunda 4 qol və 2 assistlə yadda qalıb. “Roma”nın hücum xəttində Artyom Dovbik və Evan Ferqyusonun çıxışından razı qalmadığı bildirilir.

