22 İyul 2026
Ölkə futbolu

Amil Yunanov “Şəfa”dan getdi – RƏSMİ 

Azərbaycanın 1-ci Liqa təmsilçisi “Şəfa” futbolçusu Amil Yunanovla yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 33 yaşlı futbolçu daha öncə “Qəbələ”, “Neftçala”, “Rəvan”, “Sumqayıt”, “Şamaxı”, “Səbail”, “Turan Tovuz”, “Kəpəz”, “Biliş” kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43