“Fasilədən sonra bu, ilk yoxlama oyunumuz idi. Premyer Liqa komandalarına qarşı mübarizə aparmağa öyrəşmişik. Futbolçularımız artıq rəqibin kimliyindən asılı olmayaraq inamlı oyun nümayiş etdirirlər. Həm müdafiədə, həm də hücumda istədiyimiz oyunu göstərə bildik”.
Bu sözləri İdmanxeber.az saytına “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli “İmişli” ilə keçirilən yoxlama oyunu (1:0) sonrası deyib. O, daha sonra matçın 80-ci dəqiqədə yarımçıq dayandırılması barədə danışıb:
“Təbii ki, rəqibin daha güclü olmasına görə top itkiləri daha çox oldu. Belə bir rəqibə qarşı qələbə qazanmağımız komandada əlavə ruh yüksəkliyi yaratdı. Oyunun 80-ci dəqiqəsində isə qarşılaşmanın yarımçıq dayanmasına səbəb hər iki komandanın futbolçularının bir-birinə qarşı aqressiv davranışları oldu”.

