23 İyul 2026
Ölkə futbolu

“Qarabağ”la oyundan əvvəl baş məşqçi istefaya getdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan “Ayntraxt” baş məşqçi Dino Toppmöllerlə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Dino Toppmöller 2023-cü ilin yayında Frankfurt təmsilçisinin baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” qarşılaşması 21 yanvar tarixində Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43