Azərbaycan I Liqası lideri “Şəfa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Bakı təmsilçisi Elmir Tağıyevlə anlaşıb. Tərəflər arasındakı danışıqlar müsbət nəticələnib.
Mövsümün ilk yarısını Kosovonun “Drenitsa” klubunda keçirən Tağıyev qışda komandadan ayrılıb.
Azərbaycanlı yarımmüdafiəçi son vaxtlar komandada əsas heyətə düşə bilmirdi. O, “Drenitsa”da cəmi 5 oyun keçirib və heç nə ilə yadda qalmayıb.

