22 İyul 2026
Dünya futbolu

PSJ onun üçün 100 milyon verir

“Bavariya”nın yarımmüdafiəçisi Mikael Olise Fransada oynaya bilər.

İdmanxeber.az xəbər verir ki, PSJ 22 yaşlı futbolçunun transferi üçün Münhen klubuna 100 milyon avro təklif etməyə hazırdır. Lakin “Bavariya” Oliseni komandada saxlamaq istəyir və ona yeni müqavilə şərtləri təqdim etməyi planlaşdırır.

Olise 2024-cü ildə “Kristal Pelas”dan 53 milyon avroya Almaniya kluhuna keçib və onun müqaviləsi 2029-cu ilin iyununa qədərdir.

Cari mövsümdə o, 29 oyunda 13 qol vurub və 21 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43