22 İyul 2026
Ölkə futbolu

“0:6 məğlub olsaq da, çox sevincliyəm” – Qurban Qurbanov

“Əvvəlki püşkatmaya, 8 oyuna baxsaq, bu yerdə olmağımızı çoxları düşünmürdü. Amma inanın ki, mənim həmişə belə turnirlərdə inamım olub. Daha cəsarətli olmağa, böyük klublara qalib gəlməyə inanaraq gəlmişəm. Futbolçularımız tam əmin oldular ki, böyük futbol, nəhəng komandalar nə deməkdir. Bu gün Liverpulda bunu hiss etdik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Liverpul” oyunu sonrası deyib.O, daha sonra belə davam edib:

“0:6 məğlub olsaq da, çox sevincliyəm. İlk “24-lüy”ə düşməyin də, bu məğlubiyyətin də böyük faydası olacaq. Bəlkə də 0:1, 0:2 hesabı ilə uduzsaydıq, dərk etməzdik. Amma böyükhesablı məğlubiyyətin faydası olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43