22 İyul 2026
Ölkə futbolu

Premyer Liqada ayın qolunun müəllifi mükafatlandırıldı

Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində dekabr ayının ən yaxşı qolunun müəllifi Ryonosuke Ohori mükafatlandırılıb.

İdmanxeber.az xəbər verir ki, “Kəpəz” klubunun futbolçusuna mükafat Misli Premyer Liqasının 18-ci turunun “Kəpəz” – “Şamaxı” görüşündən əvvəl təqdim olunub.

Mükafatı ona “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43