23 İyul 2026
Ölkə futbolu

Matça doğru: “Qarabağ” və “Turan Tovuz”da itki var 

Azərbaycan Premyer Liqasının XVIII turunda “Qarabağ” “Turan Tovuz”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisində hələ sağalmayan qapıçı Şahruddin Məhəmmədəliyevdən başqa bütün futbolçular hazır durumdadır. Heyətdə başqa itki yoxdur.

“Turan Tovuz”da da bir itki var. Cəzalı Jorje Silva cəza səbəbindən meydana çıxa bilməyəcək.

Qarşılaşma bu gün saat 18:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43