22 İyul 2026
Dünya futbolu

“Barselona”da ciddi itki – Rafinya sıradan çıxdı

“Barselona”da ciddi itki ilə üzləşib.

İdmanxeber.az xəbər verir ki, katalon klubunun vingeri Rafinya sağ bud əzələsindən zədələnib və Kral Kubokunun 1/4 finalında “Albasete” ilə oyunu buraxacaq. Qarşılaşma 4 fevralda keçiriləcək.

Braziliyalı futbolçu bu mövsüm 22 oyunda 13 qol və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43