“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko Türkiyə Kubokunun qrup mərhələsində keçiriləcək oyunu buraxacaq.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi Türkiyə Kuboku 4-cü turu çərçivəsində bu gün “Qaziantep” ilə qarşılaşacaq.
Bildirilir ki, Tedesko ağır infeksion xəstəlik səbəbindən komandasına kömək edə bilməyəcək. Onun martın 8-də Türkiyə çempionatında “Samsunspor” ilə keçiriləcək oyunda ehtiyat oyunçular skamyasına qayıdacağı gözlənilir.
Qeyd edək ki, 40 yaşlı mütəxəssis 2025-ci ilin sentyabrından “Fənərbağçaya” rəhbərlik edir. Onun rəhbərliyi altında komanda Türkiyə Super Liqasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider “Qalatasaray”dan 4 xal geri qalır.

