23 İyul 2026
Dünya futbolu

İsveç baş məşqçisi ilə müqavilə uzatdı

Qrem Potterin İsveç milli komandası ilə müqaviləsi 2030-cu ilin iyulun 31-dək uzadılıb.

İdmanxeber.az-ın məlumatına görə, Potter yığmanı 2025-ci ilin oktyabrından çalışdırır və iki oyunda İsveçrəyə məğlub olub, Sloveniya ilə heç-heçə edib.

İsveç martın 26-da dünya çempionatının Avropa zonası pley-off yarımfinalında Ukrayna ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43