“Real” “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesi heyətinə qatmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, İspaniya nəhəngi argentinalı futbolçu üçün yay transfer pəncərəsində ciddi addımlar atmağa hazırlaşır.
Məlumata görə, Madrid klubu təxminən 120 milyon funt sterlinqlik təklif üzərində işləyir. Ensonun da karyerasını La Liqada davam etdirməyə isti yanaşdığı bildirilir.
Futbolçunun “Çelsi” ilə yeni müqavilə danışıqlarının dayanması transfer ehtimalını artırıb. Klub rəhbərliyi yarımmüdafiə xəttini gücləndirməyi əsas prioritetlərdən biri hesab edir.
Yekun qərarın dünya çempionatından sonra veriləcəyi gözlənilir.

