10 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Sabah” Çempionlar Liqası oyunlarına ciddi itki ilə çıxacaq

Azərbaycan millisinin heyətində zədələnən Xəyal Əliyevin durumuna aydınlıq gəlib.

İdmanxeber.az-a verilən məlumata görə, futbolçunun ayağında yırtıq aşkarlanıb. Hazırda İspaniyada müalicəsi davam edən oyunçunun 2-3 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

Xəyal Əliyev “Sabah”la Çempionlar Liqası matçlarında iştirak edə bilməyəcək. 

Xatırladaq ki, Çempionlar Liqasında I təsnifat mərhələsində ilk oyunlar 7-8 iyul, cavab matçları isə 14-15 iyul 2026-cı il tarixlərində baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43